Məhsul haqqında
Tərkibi:
- Xondroitin sulfat – mukopolisaxarid təbiətli maddədir. Xondroprotektor təsirə malikdir. Xondrostimuləedici, reqenerasiyaedici və iltihabəleyhinə təsir göstərir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Xondroitin sulfat sümük və qığırdaq toxumasının inkişafında iştirak edir. Oynaqlarda qığırdaq toxumasının strukturunun degenerasiya proseslərini tormozlayır.
- Kollagen – İkinci tipli kollagen oynaqların qığırdaq toxumasının inkişafinda iştirak edir və onun dağılmasının qarşısını alır. Sümüklərin möhkəmliyini gücləndirir. Osteoporoz xəstəliyinin riskini azaldır.
- Metilsulfonilmetan (MSM) – orqanizmdə birləşdirici və digər toxumaların formalaşmasında və funksiyalarının normallaşmasında əvəzolunmaz rola malik, tərkibində kükürd saxlayan üzvi birləşmədir. MSM orqanizmdə əsasən qığırdaq, dırnaq, dəri və yumşaq toxumalarda çoxluq təşkil edir. Orqanizmdə yaş artdıqca MSM-in konsentrasiyası azalır.
- Şeytan caynağı – tərkibindəki harpaqozid və beta-sitosterin hesabına toxumalarda damar keçiriciliyini normallaşdıraraq yerli mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki harpaqozid qlikozidi həm də oynaq qığırdağının degenerasiyasına səbəb olan enzimi blokada edir.
- Bosveliya serrata ekstraktı – tərkibindəki bosvelin turşusu sayəsində oynaq xəstəliklərinin, osteoxondroz, artrit və revmatizmin müalicəsində yüksək effekt göstərir. Bununla yanaşı damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Dayaq-hərəkət aparatının hərəkətliliyini artırır, sümükləri və əzələləri möhkəmləndirir.
- Piperin – iltihab və mikrob əleyhinə təsir göstərir. Tərkibi vitaminlərlə, xüsusən Vitamin C ilə zəngindir, bu da kollagenin sintezini artırır. xroniki xəstəliklər, ürək-damar xəstəlikləri və nevroloji vəziyyətlərin riskini azaltmağa kömək edən bir antioksidan növüdür.
Göstərişlər:
- Revmatoid artrit. Poliartrit. Periartrit.
- Birincili və ikincili, müxtəlif lokalizasiyalı osteoartrozlar, koksartroz və qonartroz.
- Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reablitasiya zamanı.
- Dəri, saç və dırnaq xəstəlikləri.
Reviews
There are no reviews yet.