Məhsul haqqında
Tərkibi:
- Pişikotu bitkisinin kökünün quru extraktı – tərkibindəki efir yağları (bornilizovalerianat, borneol, valerin, saponinlər, valerid, valerozid A,B,C qlikozidləri və s.) hesabına sedativ, yuxugətirici, spazmolitik təsirlər göstərir, gərginlik, qıcıqlanmanı aradan qaldırır.
- Ballınanə bitkisinin yarpaqlarının quru ekstraktı – sakitləşdirici, stress əleyhinə təsirə malikdir, nevrostenik vəziyyətlərdə daxili orqanlarda yaranan spazmlara spazmolitik təsir göstərir. Bununla yanaşı immunomodulyator, antimikrob, antiallergik təsirlərə malikdir.
- Maqnezium sitrat – bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji olaraq maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək bütün fermentativ reaksiyalarda iştirak edir.
Göstərişləri:
- Yüksək dərəcəli sinir oyanıqlığı, həssaslıq və daxili gərginlik hissləri
- Stress və onunla bağlı yuxu pozulmaları
- Kardionevroz, aritmiya, hipertoniya
- Preklimakterik, klimakterik və menstrual sindromu
- Müxtəlif mənşəli nevralgiyalar
- Mədə-bağırsaq traktının spazmı, əzələ spazmı və qıcolmalar zamanı
Reviews
There are no reviews yet.